Tərcümeyi - hal
Anfisa Zinyeddinzərbaycan Respublikası Qusar rayonu Urva kəndində anadan olub. Urva kənd orta məktəbini bitirib. Orta məktəb illərində hekayələri, mənsur şerləri və publisistik yazıları ilə məktəbin ictimai tədbirlərində fəal istirak edib.
“İctimaiyyətlə Əlaqələrin İnkişafi “İctimai birliyinin təsiscisi və sədridir. Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən maliyyələşdirilmiş “Regionlarda Cənclərin korrupsiya və rüşvətxorluğa qarşı aktivləşməsində KİV-in rolu” adlı layihənin rəhbəri və “Korrupsiya və Rüşvətxorluq KİV qanunun hədəflərində “ kitabının müəlifidir.
Azərbaycan Respublikası Prezidentinin yaninda KİV inkişafina Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirilmiş “KİV-in İnkişafina Dövlət Dəstəyi Fondu"ndan yardım almış qurumların ofis texnikasənın və internet sistemlərinə məsləhət verilməsi” layihəsinin rəhbəridir.
Azərbaycan Respblikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurası Tərəfindən ayrə-ayrı illərdə maliyyələşdirilmiş ”Regionlarda QHT-lər üçün mühasib kadrların hazırlanması “, “QHT ücün Milli Mühasibat Standartlarına keçidlə əlaqədar region QHT-lərinin maarifləndirilməsi”, “2010-ci ilin yekunlari və 2011-ci ildə qarşida duran vəzifələr barədə ictimai müzakirələrin təşkili “ , ”Eliktron hesabat proqramının hazırlanması “ ,”Qeyri zorakı ünsiyyətin təbliğinə həsr olunmuş çarxın hazırlanması “,“Qusar Rayonunda olan gənc qızların peşə kurslarına cəlb olunması “ layihələrinin rəhbəri olmuşdur.
2016 –ci ildən isə “İctimaiyyətlə Əlaqələrin İnkişafi “ ictimai birliyinin təşkilatçılığı ilə "Dünya" Müstəqil Televiziya Şirkətində həyata keçirdiyi “Fərqli “verlişinin təsisçisi, layihə rəhbəri və aparıcısı olmuşdur.
2017-ci ildə “Dünya “Televiziyasında “ Fərqli “ verilişinin nəzdində ,“Gənclərin radikal dini qruplara qoşulmaması üçün ənənəvi İslam dəyərlərinin televiziya vasitəsilə təbliği" lahiyəsini həyata kecirmişdir.
2019-cu ildən isə Türkiyə Respublikasının İzmir şəhərinə köcmüş və Türkiyənin paytaxtı olan İstanbul şəhərində yerləşən, “Kanal 34 “- də ,“İyi ki, varsınız! “ Azərbaycan və Türkiyə qardaşlığına həsr olunmuş verilişin layihə rəhbəri və aparıcısıdır. Eyni vaxtda “İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin region üçün təhlükəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda Türkiyənin “ Bengü Türk” telekanalında yayinlanan verilişin layihə rəhbəri, aparıcısı və İzmir şəhərində ” Ege net” Yutub-internet kanalında aparıcı olmuşdur.
İctimai fəaliyyəti ilə bərabər müəyən dövrlərdə Azərbaycan Respublikasında yayınlanan “Qadın”, “Gənclik “,”Ulduz”, “Qubustan” jurnallarında, “525”, “Azərbaycan “ və digər qəzetlərdə hekayələri, publisistik yazıları dərc edilmişdir. Türk dilində yazdığı “Şiir” ,” Səni sənsiz sevməyi” , “Adı yokmuş bu aşkın” , “Seni öyle özlemişim ki “ və basqa hekayələri, mənsur şeirləri ilə “Kültür Caglayan “ jurnalında , “İğdırım 76.kom.” saytında çıxış etməkdədir.
Özbəkistanın “ Ramsel –Film” studiyası tərəfindən çəkilən “Qismət “ bədii filmində baş rolda çəkilib.
“Görüşə tələsən Qızıgül” ,“Dünya Sevgi istəyir” ,“ O Anadır!” , “Səndən uzaqlarda “ və “Pəncərədən düşən işıq “ hekayələr kitablarının müəllifidir. Ziyalılar Mərkəzi Ali Məclisinin üzvüdür.